Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən, hüquqi ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Əbilov (Zığ qəs.), ev 18, mənzil 10A olan “Eduaz Co” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “İcraçı”) tərəfindən internet şəbəkəsində özünə məxsus olan https://eduaz.com ünvanında yerləşdirilmiş, müqavilənin bütün mühüm şərtlərini əks etdirən “məsafədən təlim xidmətlərinin göstərilməsi barədə müqavilə”nin (bundan sonra – “Müqavilə”) bağlanması haqqında bu təklif Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408.7-ci maddəsinə əsasən qeyri-məhdud şəxslər dairəsinə xitab olunan ümumi oferta hesab edilir və istənilən maraqlı fiziki şəxs (bundan sonra – “Sifarişçi”) Mülki Məcəllənin 409-cu maddəsinə uyğun olaraq aşağıda qeyd edilmiş hərəkətləri müvafiq ardıcıllıqla etməklə bu ofertanı aksept edə bilər:
Platformada göstərilən xidmətlərdən faydalanmaq üçün Sifarişçi tərəfindən aşağıda qeyd edilmiş hərəkətin həyata keçirilməsi tələb olunur:
İcraçı tərəfindən göstərilən xidmətlərin dəyərini ödəməklə Sifarişçi aşağıdakılara təminat verir:
M Ü Q A V İ L Ə
(Məsafədən təlim xidmətlərinin göstərilməsinə dair)
1.1 Bu Müqavilədə aşağıdakı anlayışlardan istifadə edilir:
İcraçı: “Eduaz Co” Məhdud Məsuliyyətli Cəmiyyəti. Platformanın mülkiyyətçisi və bu Müqavilə üzrə xidmətləri yerinə yetirən hüquqi şəxsdir.
Sifarişçi: Platformada/saytda qeydiyyatdan keçən, Platformanın imkanlarından istifadə edən, müvafiq kursda iştirak edən, ofertada qeyd olunmuş təminatları qarşılayan fiziki şəxsdir.
Təlimçi: Platformada bu Müqavilədə müəyyənləşdirilmiş hər hansı bir formatda təlimləri keçən şəxsdir.
Platforma: eduaz.com platforması əqli mülkiyyət hüququnun obyektidir və bu hüquqlar İcraçıya məxsusdur. Platforma eduaz.com elektron ünvanında yerləşməklə, elektron hesablama maşınları və bu növ digər avadanlıqlardan istifadə edilməsi vasitəsilə Sifarişçi tərəfindən müəyyən nəticələrin əldə edilməsi üçün nəzərdə tutulmuşdur. Nəticə dedikdə, Sifarişçi tərəfindən seçilmiş mövzuda olan təlim prosesinin təşkil edilməsi və Sifarişçiyə müəyyən materiallara – mətnlərə, qrafik elementlərə, görüntülərə, videomateriallara və əqli mülkiyyət hüququnun digər obyektlərinə çıxış imkanının yaradılması başa düşülür.
Sayt: eduaz.com elektron ünvanı.
Şəxsi kabinet: Sifarişçinin platformada qeydiyyatı nəticəsində yaranan, mühafizə olunan və giriş imkanı yalnız Sifarişçinin autentifikasiya məlumatlarının (elektron poçt ünvanı və parol) müəyyən edilmiş xanalara daxil edilməsi yolu ilə mümkün olan Platforma səhifəsidir. Sifarişçinin şəxsi kabinet vasitəsilə etdiyi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər onun sertifikatlaşdırılmamış elektron imzası vasitəsiylə həyata keçirilir. Sifarişçinin elektron imza yaratma məlumatları yalnız ona bəlli olan autentifikasiya məlumatlarından (kod və ya kriptoqrafik açar) ibarətdir.
Kurs: Sifarişçinin sərbəst şəkildə, mentorun və ya qrup menecerinin dəstəyi ilə seçdiyi, müvafiq mövzuda bilik və bacarıqlar əldə etməsinə yönəlmiş, əlaqəli materiallardan ibarətPlatformada yerləşdirilmiş məlumatın müəyyən bir hissəsi və təlimlərin məcmusudur.
İxtisas: Sifarişçinin sərbəst şəkildə seçdiyi, müvafiq mövzuda daha dərin bilik və bacarıqlar əldə etməsinə yönəlmiş kursların məcmusudur.
Təlim: Platforma vasitəsilə distant şəkildə həyata keçirilən mühazirədir. Təlimlər aşağıdakı formatda keçirilə bilər:
Vebinar – real vaxt rejimində yayımlanan mühazirədir. Sifarişçi saytda və ya şəxsi kabinetdə qeyd edilmiş vaxtda Platformada yerləşdirlmiş keçiddən istifadə edərək bu formatda olan mühazirəyə qoşulur.
Videodərs – Təlimçilərin öncədən hazırladığı, video formatında olan və real vaxt rejimində yayımlanmayan mühazirələrdir. Sifarişçi bu Müqavilə üzrə öhdəliklərini icra etdikdən sonra Platformada yerləşdirilmiş, bu formatda olan mühazirələrə baxış hüququ qazanır.
Digər forma – Təlimçi tərəfindən öncədən müəyyən edilmiş saatlarda dərsin onlayn şəkildə (real vaxt rejimində) keçirilməsi, təlimçi ilə şəxsi (“private”) sessiyaların keçirilməsi, həmçinin “Slack” platforması üzərindən danışıq və tapşırıqların verilməsi.
Tarif: Sifarişçinin seçdiyi kursun təqdim edilməsi ilə bağlı İcraçının göstərdiyi xidmətin dəyəridir. Tariflər İcraçının rəsmi internet səhifəsində yerləşdirlir.
2.1 Müqavilənin şərtlərinə əsasən, İcraçı internet şəbəkəsi vasitəsilə Sifarişçiyə özünün Platformasına məsafədən giriş imkanı və kursa qoşulmaq imkanı yaradır (bundan sonra – “xidmətlər”), Sifarişçi isə bunun qarşılığında seçdiyi kursa uyğun, müqavilənin şərtləri ilə müəyyən edilmiş xidmət haqqını ödəyir.
2.2 Sifarişçi Platformaya giriş imkanını üçüncü şəxslərə verə bilməz. Üçüncü şəxslər Sifarişçinin giriş imkanından istifadə etməklə Platformadan istifadə edərsə, onların Platforma üzərindən etdikləri bütün hərəkətlərə görə Sifarişçi məsuliyyət daşıyacaqdır.
2.3 İcraçı təklif etdiyi kursların siyahısını, hər bir kurs üçün müəyyən edilmiş dəyəri, kursun mövzusunu, kursun vaxtını və digər vacib məlumatları Platformada yerləşdirməlidir. Sifarişçinin yazılı müraciəti olduqda, yuxarıda qeyd edilən məlumatlar Sifarişçinin platformada qeydiyyatdan keçirdiyi elektron poçt ünvanına göndərilə bilər.
2.4 İcraçı tərəfindən Sifarişçiyə platformaya giriş imkanı yaradıldığı andan oferta aksept edilmiş hesab edilir.
2.5 Kursun sonunda Sifarişçiyə “Kursda iştirak etməsinə görə Sertifikiat” veriləcəkdir.
3.1 Kursa giriş imkanının yaradılması dedikdə, Sifarişçinin, Platformanın tərkib hissəsi olan müəyyən materiallardan interaktiv şəkildə yararlanması üçün İcraçı tərəfindən həyata keçirilən tədbirlər nəzərdə tutulur.
3.2 Sifarişçi İcraçının saytında qeydiyyatdan keçdikdən və tarif üzrə kursun dəyərini ödədikdən sonra kursa giriş imkanı əldə edəcəkdir.
3.3 İcraçı kursa giriş imkanının yaradılması barədə məlumatı Sifarişçinin Platformada qeydiyyatdan keçirdiyi elektron poçt ünvanına göndərir.
3.4 Kursun və ya təlimin metodikası İcraçı və ya Təlimçi tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
4.1. İcraçının vəzifələri:
4.1.1 Xidmətlərin göstərilməsi və Platformanın fəaliyyəti ilə bağlı informasiya dəstəyini hər zaman aktiv saxlamaq.
4.1.2 Platformanın fəaliyyətində texnoloji mahiyyətli problemlər olduqda həmin promlemləri öz hesabına aradan qaldırmaq;
4.1.3 Dəyəri ödənilmiş kursa münasibətdə xidmətlərin dəyərini dəyişdirməmək;
4.1.4 Kursun və onun ayrı-ayrı dərslərinin metodikası, sayı, tarixi ilə bağlı dəyişikliklər edildikdə, Sifarişçinin Şəxsi kabinetində bu barədə müvafiq məlumatlar yerləşdirmək.
4.2. İcraçının hüquqları:
4.2.1 Bu Müqavilədən irəli gələn vəzifələrini icra etmək üçün Sifarişçi ilə razılaşdırmadan üçüncü şəxsləri cəlb etmək.
4.2.2 Bu Müqavilədən irəli gələn öhdəliklərini icra etmək üçün Sifarişçidən zəruri olan məlumatları və sənədləri almaq.
4.2.3 Tarifləri sərbəst şəkildə müəyyən etmək.
4.2.4 Dövri profilaktik işlər, həmçinin öz texniki resurlarında aparılan yenilənmə (təmir və s. daxil olmaqla) işləri ilə əlaqədar olaraq Platformanın işini müvəqqəti dayandırmaq.
4.2.5 Sifarişçi tərəfindən bu Müqavilənin şərtləri pozulduğu təqdirdə, eləcə də bu Müqavilə üzrə xidmətlərin göstərilməsi üçün Sifarişçi tərəfindən zəruri olan məlumatlar təqdim edilmədikdə, Platformaya giriş imkanını dayandırmaq.
4.2.6 Kursun və onun ayrı-ayrı dərslərinin metodikasını, sayını və tarixini dəyişdirmək.
4.2.7 Sifarişçi və ya İstifadəçi Platformadan 3 (üç) il ərzində istifadə etməzsə, Şəxsi Kabinetin fəaliyyətini dayandırmaq və ya Şəxsi Kabineti bağlamaq.
4.3. Sifarişçinin vəzifələri:
4.3.1 İcraçının göstərdiyi xidmətlərin dəyərini tam həcmdə və vaxtında ödəmək;
4.3.2 Saytdan qeydiyyatdan keçərkən, habelə xidmətlərin göstərilməsi üçün zəruri olan məlumatları həqiqi və tam formada təqdim etmək;
4.3.3 Şəxsi kabinetə giriş üçün nəzərdə tutulmuş login və parolun konfidensiallığını təmin etmək;
4.3.4 Kurs keçirilərkən etik davranış normalarına əməl etmək, o cümlədən ümumi söhbətlərdə (“çatlarda”) kursun mövzusuna aid olmayan mövzuda və məzmunda qeydlər yazmamaq;
4.3.5 İnformasiya dəstəyi ilə bağlı İcraçıya ünvanlanacaq müraciətlərini [email protected] elektron poçt ünvanına göndərmək;
4.3.6 İcraçı, onun əməkdaşları və ya Təlimçilər barədə qeyri-etik ifadələr işlətməmək və təhqir etməmək.
4.4. Sifarişçinin hüquqları
4.4.1 Kursun keçirilməsinin dayandırılması barədə İcraçıya müraciət etmək. Sifarişçi razılaşır ki, bu cür müraciət ödənilmiş haqqın geri qaytarılması üçün əsas olmayacaqdır;
4.4.2 Platformanın fəaliyyəti və xidmətlərin göstərilməsi ilə bağlı İcraçıdan məlumat və texniki dəstək almaq.
5.1 İcraçının göstərdiyi xidmətlərin dəyəri saytda yerləşdirilmiş tariflərlə müəyyən olunur.
5.2 Sifarişçi xidmətlərin dəyərini birdəfəlik və tam həcmdə ödəməlidir.
5.3 Sifarişçi tərəfindən ödənilmiş pul vəsaiti İcraçının bank hesabına daxil olduğu vaxt Sifarişçinin ödəniş ilə bağlı öz öhdəliyini icra etdiyi vaxt hesab edilir.
5.4 Qeydiyyatdan keçən Sifarişçiyə seçdiyi kursun dəyərinin ödənilməsi üçün İcraçı tərəfindən imkan yaradılacaqdır.
5.5 Sifarişçi İcraçının göstərdiyi xidmətlərin dəyərini partnyor bank tərəfindən təqdim edilən kredit vasitəsilə də ödəyə bilər. Sifarişçiyə kreditin ayrılması partnyor bankın müəyyən etdiyi şərtlər daxilində həyata keçirilir və İcraçı bu şərtlərə, eləcə də partnyor bankın verdiyi imtinaya görə məsuliyyət daşımır.
5.6 Kursun qiyməti Müqaviləyə ediləcək olan müvafiq Əlavə ilə tənzimlənəcək.
6.1 Platforma ilə bağlı əqli-mülkiyyət hüquqları daxil, bütün hüquqlar İcraçıya aiddir.
6.2 Sifarişçiyə Platformadan müqavilənin şərtləri ilə məhdudlaşmış həcmdə istifadə imkanı yaradılır.
6.3 Sifarişçi aşağıdakıları öz öhdəsinə götürür:
6.4 Sifarişçi tərəfindən Platformadan və onun ayrı ayrı komponentlərindən, eləcə də İcraçı tərəfindən hazırlanmış texniki həllərdən istifadə edilməsi İcraçı tərəfindən öz əqli fəaliyyətinin nəticələrinə dair hüququnun ötürülməsi anlamına gəlmir.
6.5 Açıq mənbələrdə mövcud olan məlumatlar istisna olmaqla, İcraçı tərəfindən xidmətlərin göstərilməsi prosesinə dair istənilən məlumat konfidensial məlumat hesab edilir. Xidmətlərin göstərilməsi zamanı Sifarişçiyə məlum olan konfidensial məlumatlar yalnız İcraçının yazılı razılığı ilə üçüncü şəxslərə verilə bilər.
7.1 Sifarişçi Platformada və ya saytda onun hüquqlarını pozan və ya maraqlarına zidd olan hər hansı məlumat və ya kontent aşkar etdikdə, bu barədə İcraçının [email protected] elektron poçt ünvanına məlumat vermək üçün müraciət edə bilər. Sifarişçi müraciətində onun hüquqlarını pozan və ya maraqlarına zidd olan məqamları qeyd etməli və öz pretenziyasını əsaslandırmalıdır.
7.2 Platformaya və ya sayta üçüncü şəxslərin hüquqlarını pozan və onların qanuni mənafelərinə zidd olan, əqli mülkiyyət hüquqlarını pozan məlumatların, həmçinin aşağıda sadalanan məzmunda məlumatların yerləşdirilməsi qadağandır:Təhdid, təhqir, eləcə də vətəndaşların şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuza və şəxsi həyatın toxunulmazlığına xələl gətirən, eləcə də özündə qeyri-etik ifadələri ehtiva edən məlumatlar;
7.3 Sifarişçi tərəfindən Platformadan/saytdan aşağıdakı məqsədlər üçün istifadə edilməsi qadağandır:
8.1 Açıq mənbələrdə olan məlumatlardan başqa, xidmətlərin göstərilməsi ilə bağlı bütün məlumatlar konfidensial məlumatlar hesab edilir. Xidmətlərin göstərilməsi zamanı Sifarişçiyə məlum olan bu məlumatlar İcraçının yazılı razılığı olmadan üçüncü şəxslərə açıqlanmamalıdır.
8.2 İcraçı xidmətlərin göstərilməsi zamanı Sifarişçiyə mülkiyyət hüququ digər şəxslərə aid olan proqram təminatına çıxış imkanı, eləcə də Platforma vasitəsilə saytın daxili informasiya sisteminə giriş imkanı verə bilər. Belə olan halda Sifarişçi proqram təminatından yalnız kursun keçilməsi ilə bağlı istifadə edilə bilər. İcraçının istifadəsində olan proqram təminatından Sifarişçiyə verilmiş istifadə hüququ kursun müddətindən artıq deyildir. Sifarişçi proqram təminatına dair konfidensial məlumatları hüquq sahibinin razılığı olmadan üçüncü şəxslərə açıqlaya bilməz.
9.1 İcraçı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.
9.2 İcraçı, Sifarişçi tərəfindən Platformaya daxil olarkən şəbəkə bağlantısının keyfiyyətinə, avadanlıq və proqram təminatına görə heç bir halda məsuliyyət daşımır.
9.3 Sifarişçi tərəfindən bu Müqavilənin 6.3-cü bəndində göstərilmiş öhdəliklər yerinə yetirilmədiyi halda və ya Sifarişçi tərəfindən bu Müqavilənin tələblərinə zidd olaraq kursa/təlimə üçüncü şəxslərə giriş üçün şərait yaradıldığı halda, Sifairşçi hər hal üçün ilk tələbdə 10 000 manat məbləğində cərimə ödəməlidir.
9.4 İcraçı, Sifarişçi tərəfindən bu Müqavilənin şərtləri pozulduğu təqdirdə, onun Şəxsi kabinetə girişini məhdudlaşdırmaq, habelə Sifarişçinin Platformaya və ya konkret təlimə girişini bloklaşdırmaq hüququna malikdir.
9.5 İcraçı Sifarişçi tərəfindən sosial şəbəkələrdə, habelə messencerlərdə («WhatsApp», «Viber», «Telegram») verilmiş şərhlər və göndərilmiş mesajara, habelə üçüncü şəxslər tərəfindən onun fərdi məlumatlarının istifadəsinə görə məsuliyyət daşımır.
9.6 Platforma və onun proqram alətləri (Şəxsi kabinet daxil olmaqla), istifadəyə olduğu kimi təqdim edilir. Platformadan istifadə riski Sifarişçinin üzrəinə düşür. Aşağıdakı hallarda bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya tam icra edilməməsi, habelə mümkün zərərə görə İcraçı məsuliyyət daşımır:
10.1. Hazırki Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən Sifarişçi / İcraçı, öhdəliyin yerinə yetirməməsini fors-major hallarının, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısı alınmaz fövqaladə halların səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısı alınmaz hallar aiddir: təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.);
10.2. Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyəti istisna edən küləyin gücü, hərarəti və çöküntülərin dərəcəsi; icra hakimyyəti orqanlarının moratoriumları və Tərəflərin icra olunmalı öhdəliklər üçün fövqaladə hal kimi müəyyən edə bildikləri digər hallar.
10.3. Fors-major hallarının təsiri altına düşən Sifarişçi / İcraçı bu barədə digər Sifarişçi / İcraçını belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.
11.1 Müqavilə Sifarişçi tərəfindən aksept edildiyi andan bağlanmış hesab edilməklə hüquqi qüvvəyə minir.
11.2 İcraçı Müqaviləni öz mülahizəsinə əsasən istənilən vaxt ləğv edə bilər.
11.3 Müqavilə qanuni qüvvəyə mindikdən 3 il sonra Platformanın kursa giriş hissəsinə təşkilati, texniki və ya hüquqi dəstək göstərilə bilinmədiyinə görə Müqavilə İcraçı tərəfindən birtərəfli qaydada kursa giriş hissəsində ləğv oluna bilər.
11.4 Müqavilə Sifarişçi tərəfindən istənilən vaxt İcraçının [email protected] elektron ünvanına məktub göndərmək şərti ilə birtərəfli qaydada ləğv oluna bilər. Məktubda Müqavilyə xitam verilməsi səbəbi, habelə vəsait geri qaytarılacağı halda, rekvizitlər göstərilməlidir.
11.5 Ödəniş edildikdən sonra Müqavilə ləğv olunduqda və ya ona xitam verildikdə vəsaitin bir hissəsi Sifarişçiyə geri qaytarılır (geri ödənilmə).
11.6 Aşağıdakı hallarda geri ödənilmə tətbiq olunur:
11.6.1. Sifarişçi ödəniş edildikdən sonra 14 təqvim günü ərzində müraciət edərsə, ödənilən ödənişin 50%-i (vəsaitin bir hissəsi) ödənilir. Bu cür müraciətlər təlimlərin keçirilməsinə (təhsil prosesi) başlanılımadan edildiyi hala şamil olunur və təlimlərin keçirilməsinə (təhsil prosesi) başlanılımışdırsa, ödəniş geri qaytarılmır.
11.7 Aşağıdakı hallarda geri ödənilmə heç bir halda tətbiq olunmur:
11.7.1 İcraçının mülahizəsinə əsasən, Sifarişçi tərəfindən geri ödənilmə imkanından sui-istifadə edildikdə;
11.7.2 Müvafiq Kursun hər hansı bir hissəsi Sifarişçi tərəfindən izlənilibsə və ya yüklənilibsə;
11.7.3 Sifarişçi eyni Kurs üçün artıq geri ödənilmə tələb etmişsə;
11.7.4 Sifarişçi bir neçə geri ödənilmə tələb edirsə;
11.7.5 Sifairşçinin Şəxsi Kabinetləri bağlanmış, bloklanmış, Şəxsi kabinetə və ya Kursa giriş imkanı məhdudlaşdırılmışsa;
11.7.6 Kursun dəyəri Sifarişçi tərəfindən ödənilməmişsə.
12.1 İcraçı Müqavilənin şərtlərini birtərəfli qaydada dəyişmək hüququna malikdir və bu dəyişikliklər https://www.eduaz.com ünvanında dərc edildikdən sonra qüvvəyə minir.
12.2 Müqavilə dərc edildikdən sonra Sifarişçi tərəfindən yeni Sifarişlərin verilməsi və ya Platformadan istifadə edilməsi dəyişikliklərin onun tərəfindən təsdiq edilməsi kimi anlaşılacaqdır. Sifarişçi dəyişikliklərlə razılaşmadığı təqdirdə, Platformadan istifadəni və ya ödənişlərin edilməsini dayandırmalıdır.
12.3 Sifarişçi bu Müqavilə üzrə kursa giriş hüququnu saxlamaqla öz hüquq və vəzifələrini üçüncü şəxslərə ötürə bilməz.
12.4 İcraçı bu Müqavilədən irəli gələn hüquq və öhdəliklərini digər şəxslərə ötürmək səlahiyyətinə malikdir. Bununla Sifarişçi İcraçının hüquq və ödəliklərininin digər şəxslərə ötürülməsi səlahiyyətlərinə icazə verdiyini və qəbul etdiyini bəyan edir. Hüquq və öhdəliklərin ötürülməsi ilə bağlı məlumat Sifarişçinin Şəxsi kabinetinə yerləşdirilməklə bildirilir.
13.1 Sifarişçi, saytda qeydiyyatdan keçən zaman bildirdiyi və ya Şəxsi Kabinetdə göstərdiyi fərdi məlumatların işlənilməsi və istifadəsi üçün İcraçıya icazə verir.
13.2 Sifarişçi İcraçı tərəfindən ona aşağıdakı üsul və vasitələrlə, lakin bununla məhdudlaşdırılmadan: elektron poçt, telefon, poçt göndərişləri və digər üsul və vasitələr ilə, reklam xarakterli hər cür mesaj, sms-məktub, bildirim və informasiya xarakterli digər növ göndəriş və bildirişlərin göndərilməsinə razılıq verir. Bu razılığı Sifarişçi [email protected] elektron ünvana bildiriş göndərmək şərti ilə istənilən vaxt geri götürülə bilər.
13.3 Sifarişçi, İcraçı və onun xidmətləri barədə İcraçının sosial şəbəkələrdəki səhifələrində əlavə etdiyi rəylər və şərhlərin İcraçının rəsmi saytında, informasiya və reklam xarakterli materiallarda istifadə edilməsinə razılıq verir. Razılıq Müqavilənin bağlandığı andan etibarən qüvvəyə minir. Bu razılığı Sifarişçi [email protected] elektron ünvana bildiriş göndərmək şərti ilə istənilən vaxt geri götürülə bilər.
13.4 Sifarişçi, öz fotosunun və təlimlər zamanı qeydə alınmış videogörüntülərdə öz görüntüsünün İcraçının fəaliyyəti ilə bağlı və qanunvericilikdə qadağan olunmamış qaydada İcraçının rəsmi saytında, informasiya və reklam xarakterli materiallarda istifadə edilməsinə razılıq verir. Razılıq Müqavilənin bağlandığı andan etibarən qüvvəyə minir və İcraçı tərəfindən yaradılmış bütün Platformalardan Sifarişçinin istifadə etməsi ilə bağlı bütün hallara şamil edilir. Bu razılığı Sifarişçi [email protected] elektron ünvana bildiriş göndərmək şərti ilə istənilən vaxt geri götürülə bilər.
13.5 Sifarişçi İcraçının tərəfdaşları (partnyorları) tərəfindən müxtəlif mənfəətin (bonus, endirim) verilməsi ilə bağlı istənilən reklam-informasiya xarakterli məlumatların ona göndərilməsinə razılıq verir. Mükafatların əldə edilməsi və ya bölüşdürülməsi qaydası İcraçının tərəfdaşları (partnyorları) tərəfindən müstəqil qaydada müəyyən ediləcəkdir. Mükafatların verilmə qaydasına dəyişiklik edilməsi ilə əlaqədar İcraçı Sifarişçinin elektron poçt ünvanına bildiriş göndərməklə, mükafatların artırılması, azaldılması və ya silinməsi hüquqlarına malikdir. Bu cür dəyişikliklərin olacağı təqdirdə Sifarişçi İcraçıdan əvvəlki şərtlərin saxlanılmasını və ya ona dəymiş zərərin (əldən çıxmış mənfəət daxil olmaqla) ödənilməsini tələb etmək hüququna malik deyildir. Sifarişçi bununla bəyan və qəbul edir ki, İcraçı mükafatlarla (bonus, endirim) bağlı müstəqil heç bir dəyişiklik etmir və bu cür dəyişikliklərin edilməsinə görə məsuliyyət daşımır. Bu razılığı Sifarişçi [email protected] elektron ünvana bildiriş göndərmək şərti ilə istənilən vaxt geri götürülə bilər.
14.1 Bu Müqavilənin icra edilməsi ilə bağlı yaranan bütün anlaşılmazlıqlar, həmçinin Tərəflər arasında yaranan digər anlaşılmazlıqlar məhkəməyəqədər pretenziya qaydasında həll edilməlidir. İcraçı pretenziya məktubunu Sifarişçinin saytda qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərməyi öz öhdəsinə götürür. Sifarişçi pretenziya məktubunu [email protected] elektron poçt ünvanına, surətini isə bu Müqavilənin 15-ci bəndində göstərilən ünvana göndərməyi öz öhdəsinə götürür. Pretenziya məktubu çatdırıldıqdan sonra 10 (on) iş günü müddətində cavablandırıla bilər. Qanunvericlik daha az müddət nəzərdə tutulduğu halda, həmin müddət tətbiq olunacaqdır. Yuxarıda göstərilən şərtlərə əməl edilmədiyi təqdirdə, məhkəməyəqədər pretenziya qaydasına riayət edilməmiş hesab olunacaqdır.
14.2 Mübahisələr danışıqlar yolu ilə həll edilə bilinmədikdə, Tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Azərbaycan məhkəmələrində mübahisələri həll etməyə çalışacaqlar.
15.1 Bu Müqavilədə və ya qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, Tərəflərin göndərdiyi bildiriş, sorğu və digər məktublar yazılı qaydada, poçtla (həmçinin sifarişli poçt), elektron poçtla (İcraçının bu Müqavilənin 15-ci bəndində göstərilən ünvanına və ya Sifarişçinin qeydiyyat zamanı göstərdiyi ünvanına) və ya kuryer vasitəsilə göndərilməlidir. Çatdırılma vaxtı sənədin müvafiq poçta çatdırıldığı (sifarişli poçt daxil olmaqla), elektron poçtun çatması haqqında bildirişin daxil olduğu (olmadığı halda – məktubun göndərilmə vaxtı) və ya kuryer vasitəsilə göndərilmə halında sənədin qarşı Tərəfin ünvanına çatdırıldığı an hesab olunur. Məhkəmə mübahisəsi zamanı elektron poçt vasitəsilə və ya Şəxsi kabinet vasitəsilə yazışmaları Tərəflər etibarlı və mötəbər olduğunu qəbul edirlər.
15.2 Müqavilənin icrası (dəyişdirilməsi, əlavə edilməsi və ya xitamı), həmçinin yazışmaların həyata keçirilməsi zamanı Tərəflərin şəxsi imzalarının analoqunun hüquqi qüvvəsi qəbul edilir və Tərəflər bəyan edirlər ki, bu cür imzalar müvafiq öhdəliklərin yaranması üçün əsasdır. Tərəflərin şəxsi imzalarının analoqu dedikdə təsdiqlənmiş elektron poçt və ya Şəxsi kabinetdə uçot məlumatları başa düşülür.
15.3 Tərəflər təsdiqlənmiş elektron poçt və ya Şəxsi kabinet vasitəsilə göndərilən bildiriş, sorğu, məktub və digər sənədlərin, əgər həmin sənədlərdə açıq mətnlə əksi göstərilməyibsə, lazımi qaydada göndərilmiş və imzalanmış kimi qəbul edirlər.
15.4 Tərəflərin təsdiq etdiyi elektron poçt ünvanları:
15.5 Tərəflər elektron poçt ünvanının və Şəxsi kabinetin məlumatlarını məxfi saxlamaq, bu məlumatları üçüncü şəxslərə açıqlamamaq və ötürməmək barədə öhdəlikləri öz üzərlərinə götürürlər.
15.6 Sifarişçi tərəfindən təqdim edilən məxfilik rejiminin pozulmasına dair məlumatın qəbul edilməsi anınadək, təsdiqlənmiş elektron ünvandan və ya Şəxsi kabinetdən göndərilmiş bütün sənədlər və ya edilmiş əməllər, sənədlərin göndərilməsi və ya əməllərin edilməsi üçüncü şəxslər tərəfindən həyata keçirilsə belə, Sifarişçi tərəfindən göndərilmiş/edilmiş kimi qəbul ediləcəkdir. Bu halda hüquq və öhdəliklərə görə məsuliyyəti İstifadəçi daşıyır.
16.1 Göstərilən xidmətlər daxilində Sifarişçiyə İcraçının tərəfdaşlarından (partnyorları) müxtəlif mükafatlar (bonuslar, endirimlər) qazanmaq imkanı təqdim edilmişdir. Tərəfdaşlar tərəfindən mükafatların qazanma şərtləri dəyişdirildiyi halda, bu Müqaviləyə və İcraçının daxili qaydalarına uyğun olaraq İstifadəçiyə yazılı bildiriş göndərməklə, İcraçının, bonusları dəyişmək, əlavə etmək və ya ləğv etmək hüququ vardır. Bu dəyişikliklərin baş verəcəyi təqdirdə, Sifarişçinin mükafatlarla bağlı əvvəlki şərtlərin saxlanılmasını, habelə dəyişikliklərlə bağı hər hansı vəsaitin ödənilməsini tələb etmək hüququ yoxdur. Bununla Sifarişçi bəyan və qəbul edir ki, İcraçı müstəqil şəkildə Tərəfdaşların şərtlərinə hər hansı dəyişikliyi etmir, bu dəyişikliyə nəzarət etmir və bu dəyişikliklərlə bağlı məsuliyyət daşımır.
16.2 Sifarişçi bu Müqavilənin bütün şərtlərini qeydsiz, şərtsiz və əskiksiz olaraq qəbul etdiyini bəyan edir.
16.3 Bu Müqavilənin hər hansı şərtinin etibarsızlığı onun bütövlükdə etibarsızlığına səbəb ola bilməz. Müqavilənin hər hansı şərti (şərtləri) etibarsız hesab olunacağı təqdirdə, Tərəflər danışıqlar aparmalı və Müqavilənin qüvvəsinin davam etdirilməsi üçün onun şərtlərinin dəyişdirilməsi barədə razılığa gəlməlidirlər.
16.4 Bu Müqavilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir. Bu Müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll ediləcəkdir .